Bütün Audi RS modelləri tamötürməli olacaqdırlar


Digərləri 01 Avq 2020 21:01:00 161 0

Bütün Audi RS modelləri tamötürməli olacaqdırlar

Elektromobillər də daxil olmaqla, Audi Sport bölməsinin gələcək RS modelləri, dinamika və hərəkətin təhlükəsizliyini yaxşılaşdırmaq üçün mütləq qaydada quattro tam ötürməsi ilə təchiz ediləcəkdirlər.

Bu barədə "Autocar" nəşrinə müsahibə verən Audi Sport bölməsinin satış və marketinq şöbəsinin rəhbəri Rolf Mixl bütün "bərkgedən" Audi modellərinin tam ötürməli olacağını söyləyib.  "R8 superkarının son versiyasında arxa ötürmədən istifadə etsək də, quattro sistemi irsimizin ayrılmaz hissəsidir. Tam ötürmə sistemi sürətli və təhlükəsiz idarəetmə deməkdir, buna görə də, ondan istifadə etməməyimız üçün heç bir səbəb görmürəm. Quattro tam ötürməsi, gələcəkdə elektrikləşdirilmiş versiyalar da daxil olmaqla, Audi RS modellərinin ayrılmaz bir hissəsi olacaqdır", -  Mixl vəd verib.

Milli.AZ