Sirkə turşusu içən Şəmkir sakini xəstəxanaya yerləşdirilib


Digərləri 01 Avq 2020 21:02:00 172 0

Sirkə turşusu içən Şəmkir sakini xəstəxanaya yerləşdirilib

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Röyal Musayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı kişi sirkə turşusunda zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.