"Həmin müğənnilərlə düşmənəm"


Şou-biznes 01 Avq 2020 18:44:00 192 0

"Həmin müğənnilərlə düşmənəm"

İndi danışacam, sabah hər yerdə yayılacaq. Şəmkirliyəm, hamı da bilir ki, maddi baxımdan ən yaxşı toylar orada olur. Həmin yerdə yeganə üzdə olan, xeyirsevər yeganə müğənniyəm. Amma bir dəfə orada toyda olmamışam.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Ən yaxşısı" verilişində deyib. Sənətçi aparıcı Mətanət Əliverdiyavanın "Deyirlər, toyda monopoliya yaradılıb. Filan bögədəki toy vəziyyətinə filankəs, Moskvaya başqası baxır" sualına belə cavab verib:

"Bilirsiniz ki, gücüm yetəri qədər var. Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları alardım əlimə. Bu söz-söhbəti o şeyi etmək arzusu olanların söhbətidir.

Elə müğənnilər var ki, onlarla düşmənəm. Münasibətimiz kəsilib, olmayacaq, ömürboyu da olan deyil. Küsdüyüm müğənni ilə ayaqyeri qoymuramsa, barışmayacam. Həmin müğənnilərlə efir qarşısında dalaşmıram. Real həyatda sözümü deyirəm".