Marketin qarşısında yeznəsini bıçaqladı


Kriminal 01 Avq 2020 17:20:00 174 0

Marketin qarşısında yeznəsini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

Son.az APA-ya istinadla bildirir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, iyulun 31-də, saat 21 radələrində rayonun Mingəçevir küçəsi, ev 20/7 ünvanının qarşısında 1987-ci il təvəllüdlü Məlikov Seymur Məmmədhüseyn oğlu yeznəsi Hüseynov Elmir Mayıl oğlunu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə bıçaqlayıb. E. Hüseynov qarın nahiyəsində qara ciyərin sol payının kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avqustun 1-də Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Seymur Məlikov şübhəli şəxs qismində tutulub.