Fransada sürücü avtomobili insanların üstünə sürdü,


Dünya 01 Avq 2020 15:12:00 162 0

Fransada sürücü avtomobili insanların üstünə sürdü,

Fransanın şərqindəki Venzel kommunasında sürücü avtomobili barın qarşısındakı izdihamın üzərinə sürüb.

Son.az APA-ya istinadla bildirir ki, nəticədə 13 nəfər xəsarət alıb.

Hadisə gecəyarısı baş verib. Bara gələnlər arasında konflikt yarandıqdan sonra bir nəfər avtomobili barın qabağında olan insanların üstünə sürüb.

Polis sərxoş vəziyyətdə olan sürücünü saxlayıb.

Konfliktin səbəbi məlum deyil.