"Mənə də elçi gələn olur, gül kimi qızam"


Şou-biznes 31 İyl 2020 18:37:00 178 0

"Mənə də elçi gələn olur, gül kimi qızam"

Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucovun "Fəlidən doğru xəbər" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, "Fəlakət"in suallarını cavablandırıb. Gəncəli "Sənə heç elçi düşən olur?" sualına "Niyə olmur, gül kimi qızam" cavabını verib.

Müğənnilərdən bəhs edən Afaq "Onların çoxunu "qara siyahıya" atmışam. Çox az müğənni ilə münasibətim yoxdur" deyə, bildirib.

Aparıcı bildirib ki, televiziyada işləməsəydi dizayner, vizajist olardı?

"Əlimdən hər iş gəlir. Yaxşı yemək bişirirəm, makiyaj edirəm, dizaynerliyi də bacarıram".