Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı


Dünya 31 İyl 2020 18:18:00 173 0

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Vyetnamda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dananq şəhərində 70 yaşlı xəstə virusun ilk qurbanı olub.

Ölkədə ilk ölüm faktı ilk yoluxma baş verdikdən 3 ay sonra qeydə alınıb.

Qeyd edək ki, Vyetnamda bu günədək 509 nəfər koronavirusa yoluxub. Bir neçə gün əvvəl Dananq şəhərində infeksiyanın yeni ocağı qeydə alınıb. Təkcə son bir həftə ərzində ölkədə 93 nəfər virusa yoluxub.