Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir FOTO


Digərləri 31 İyl 2020 14:38:00 174 0

Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir  FOTO

Azərbaycanda karantin rejimi elan olunmasına baxmayaraq, İmişlinin mal bazarında qızğın iş gedir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb. 

Ölkə ərazisində sosial məsafənin qorunması qaydalarının zəruri olması bildirilsə də, bazarda sıxlıqdır. 

Bildirilir ki, əraziyə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları nəzarət etmir.

Daxili İşlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.