Bu ölkədə COVID19la bağlı karantin rejimi sərtləşdirilə bilər


Dünya 31 İyl 2020 14:12:00 183 0

Bu ölkədə COVID19la bağlı karantin rejimi sərtləşdirilə bilər

Misirin Baş naziri Mustafa Mədbuli Qurban bayramı ərəfəsində əhaliyə müraciət edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hökumət başçısı COVID-19-a yoluxma hallarının artacağı təqdirdə karantin rejiminin sərtləşdiriləcəyini bildirib.

O xatırladıb ki, Ramazan bayramı günlərində insanların sosial məsafə qaydalarına əməl etməməsi, habelə qoruyucu maskalardan istifadə olunmaması səbəbindən pandemiya ilə bağlı şərait daha da pisləşmişdi.

Baş nazir bildirib ki, bayram günlərində parklar, çimərliklər və əhalinin sıx toplaşdığı digər məkanlar bağlı olacaq.

M.Mədbuli əlavə edib ki, Misirdə yeni növ koronavirusa yoluxma və ölüm halları nisbətən azalsa da, vəziyyət hələ də gərgin olaraq qalır.

Misirin Səhiyyə naziri Halə Zayid qeyd edib ki, iyulun 29-da ölkədə 409 yoluxma, 39 ölüm faktı qeydə alınıb. Ümumilikdə isə bu günədək Misirdə koronavirusa 93 mindən çox insan yoluxub, 4728 nəfər vəfat edib.