Rusiyada koronavirusdan ölənlərin sayı 14 minə yaxınlaşır


Dünya 31 İyl 2020 14:25:00 146 0

Rusiyada koronavirusdan ölənlərin sayı 14 minə yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 840 min nəfərə yaxınlaşır.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 5 482 nəfər virusa yoluxub, 161 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 839 981 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 13 963 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 638 410 nəfər virusdan sağalıb, 187 608 nəfərin müalicəsi isə davam edir.