Tokioda koronavirusa yoluxma üzrə rekord yeniləndi


Dünya 31 İyl 2020 13:59:00 191 0

Tokioda koronavirusa yoluxma üzrə rekord yeniləndi

Yaponiyanın paytaxtında son sutka ərzində koronavirusa yoluxanların sayı 400 nəfəri ötüb. Bu, Tokioda koronavirusun yayılmağa başlamasından sonra qeyd alınan ən yüksək göstəricidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə iyulun 31-də NHK telekanalı məlumat yayıb. Son günlər həm paytaxtda, həm də digər regionlarda yoluxma hallarının sayının artmasına baxmayaraq, hökumət fövqəladə vəziyyət rejiminin yenidən tətbiq edilməsinə ehtiyac olmadığını bildirir.

"Əgər vəziyyəti ümumilikdə qiymətləndirsək, düşünmürük ki, fövqəladə vəziyyətin tətbiqinə və ölkədə sosial-iqtisadi fəallığı kəskin məhdudlaşdırmağa ehtiyac var", - Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransı zamanı bildirib. O, həmçinin qeyd edib ki, Yaponiya hökuməti hazırda baş verənləri koronovirus pandemiyasının ikinci dalğası kimi qəbul etmir, lakin həm hökumət, həm də ekspertlər komissiyası vəziyyəti ciddi nəzarətdə saxlayır.

Paytaxt üzrə işçi qrupun iclasında çıxış edən qubernator Koike Yuriko isə restoranların və gecə barlarının daha tez bağlanması üçün müraciət edəcəyini bildirib.