"Twitter" haker hücumundan sonra təhlükəsizliyi gücləndirib


Dünya 31 İyl 2020 13:27:00 159 0

"Twitter" haker hücumundan sonra təhlükəsizliyi gücləndirib

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi haker hücumunun araşdırılması zamanı təhlükəsizliyin təmin edilməsi üzrə tədbirləri gücləndirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Hücumdan sonra araşdırmalar zamanı hesabların təhlükəsizliyini təmin etmək üçün daxili alətlərimizə və sistemlərimizə girişi əhəmiyyətli dərəcədə azaltdıq".

Qeyd edilir ki, "Twitter"in bəzi funksiyaları müvəqqəti bağlanıb, hesabların məlumatlarını yükləmək imkanı məhdudlaşdırılıb.

Bildirilir ki, haker hücumuna 130 hesab məruz qalıb, onlardan 45-ni hakerlər paylaşımlar etmək üçün istifadə edə biliblər, 36 hesabın şəxsi yazışmalarını əldə ediblər, 7 hesabın isə şəxsi məlumatlarını yükləyə biliblər.