200 milyonluq torpaq fırıldağı Fuad Şıxıyevə qarşı


Dünya 31 İyl 2020 13:14:00 144 0

200 milyonluq torpaq fırıldağı  Fuad Şıxıyevə qarşı

Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb.

Bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarından mənbə bildirib.

Mənbənin sözlərinə görə, F.Şıxıyev torpaq sahələrinin oğurluğu və satışı ilə məşğul olan cinayətkar dəstə təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb: "İstintaq hərəkətləri davam edir, həbs olunanların sayı arta bilər".

Son.az bildirir ki, Rusiyanın TASS agentliyinin yaydığı məlumatda belə deyilir.

Agentliyin həmsöhbəti danışıb ki, dəstə torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olub. Qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4.633.138 manat) təşkil edib.

Şıxıyevi axtarışlar və dindirilmələr başa çatdıqdan sonra saxlayıblar. Yaxın günlərdə onunla bağlı qətimkan tədbiri seçiləcək.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb. 

Dağıstan DİN və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları dünən səhər saatlarında Dərbənd rayon administrasiyasının binasını mühasirəyə alaraq axtarışlara başlayıblar. F.Şıxıyevin evində də axtarış aparılıb.

İstintaqdan verilən ilkin məlumata görə, Dərbənd rayon administrasiyasının məmurları sənədlərin saxtalaşdırılmasında və torpaq sahələrinin qanunsuz satışında suçlu bilinirlər.