"Oğlum baş leytenantdır"


Şou-biznes 29 İyl 2020 19:34:00 205 0

"Oğlum baş leytenantdır"

İki oğlum var, hər zaman onlara deyirdim ki, nə istəsəniz alacam, təkcə oxuyun, savadınız olsun. Uşaqlarımın hərəsi iki universitet bitirib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "7 canlı" proqramında deyib. Övladlarından danışan müğənni bildirib ki, oğlu məmurdur:

"Arzum var idi, istəyirdim böyük oğlum hüquqşünas, balaca müğənni olsun. Həyatda tək arzum forma geyinmək idi, alınmadı. Dedim, uşaqlarımdan birinə qismət olsun. Böyük oğlum bir az işlədi, amma istəmədi. Balaca oğlum Tərlanın gözəl səsi var, amma qoymadım müğənni olsun. Baş leytenant oldu. Dövlət məmurudur. O, o formanı geyinib gələndə gözlərim yaşarır".