Yunanıstanın “Karfitsa” jurnalında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş yazı çap olunub


Siyasət 29 İyl 2020 19:29:00 198 0

Yunanıstanın “Karfitsa” jurnalında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş yazı çap olunub

Yunanıstanda fəaliyyət göstərən "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədovun Yunanıstanın "Karfitsa" jurnalında "Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdi ilə bağlı" başlığı altında məqaləsi dərc olunub. Bu barədə Son.az-a məlumatı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Mövzuda Azərbaycanın Tovuz istiqamətində apardığı haqq mübarizəsi əks olunub. Daha sonra müəllif məqalədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdiklərini qeyd edib. "Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib.

Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib", - deyə Rəşid Məmmədov yazıb.

Cəmiyyət sədri məqalədə Azərbaycanın beynəlxalq uğurlarına diqqət çəkib. "Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub". Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar. https://www.karfitsa.gr/wp-content/uploads/2020/07/831.pdf