Şəmkirdə iki avtomobil toqquşdu:


Digərləri 29 İyl 2020 17:47:04 167 0

Şəmkirdə iki avtomobil toqquşdu:

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.