"Şoubiznesdə yüngüllük, ağılsızlıq baş alıb gedir"


Şou-biznes 29 İyl 2020 17:53:00 181 0

"Şoubiznesdə yüngüllük, ağılsızlıq baş alıb gedir"

Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesi tənqid edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, son vaxtlar sosial şəbəkələri daha çox izləməyə başlayıb:

"Yüngüllük, ağılsızlıq, məntiqsizlik baş alıb gedir. Baxıb dəhşətə gəlirsən. Sosial şəbəkədə hamı akademik, professor olub. Yüngüllük şou-biznesin ana xəttidir.

Seçiciyəm, tamaşaçılar məni kimləsə bir görmək istəməyə bilər. Ona görə də proqramlara dəvət alanda seçib gedirəm. Amma hələ tək getmirəm. Utanıram "tək gəlirəm" deyim".