Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırdı


Kriminal 29 İyl 2020 17:54:00 183 0

Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırdı

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun həyat yoldaşı, 1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bilririlir.

Qeyd edilir ki, əri həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yrləşdirilib.