Ermənistanda koronavirusa yoluxanların sayı 38 min nəfərə çatır


Dünya 29 İyl 2020 13:15:00 156 0

Ermənistanda koronavirusa yoluxanların sayı 38 min nəfərə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 37 937 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 308 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 723 nəfər koronavirusdan ölüb, 9 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.