Bu ölkədə koronavirusa yoluxanların sayı milyon yarımı keçdi


Dünya 29 İyl 2020 13:04:00 143 0

Bu ölkədə koronavirusa yoluxanların sayı milyon yarımı keçdi

Hindistanda koronavirusa yoluxanların sayı milyon yarımı keçib.

Son.az xəbər verir ki, əhalisinin sayı 1 milyarddan çox olan ölkədə koronavirusdan ölənlərin sayı 34 mindən çoxdur. Burada koronavirusdan sağalaraq evə buraxılanların sayı 1 milyona çatır.

Hindistanda koronavirusdan ölənlərin sayı 34 mindən çox olsa da, 1 milyon əhali nisbətinə düşən ölüm payı 25 nəfərdir ki, bu da digər ölkələrlə nisbətdə yaxşı nəticədir.

Hindistan koronavirusa yoluxma sayına görə siyahıda üçüncü yerdədir. ABŞ uzun müddətdir ki, həm yoluxma, həm də ölüm sayına görə siyahıda birinci yerdə qərarlaşıb. Karantin rejimi tətbiq olunmayan Braziliya isə siyahının ikinci yerindədir.

Hindistanda koronavirusa görə karantin rejimi tətbiq olunub, polislər bu virusa diqqət çəkmək üçün başlarına koronavirus formasında dəbilqə taxıblar. Hətta karantin qaydalarını pozaraq küçəyə icazəsiz çıxan şəxslər çubuqla döyülüblər.