Misirdə polisi öldürməkdə ittiham olunan 7 nəfər edam edildi


Dünya 29 İyl 2020 12:59:00 151 0

Misirdə polisi öldürməkdə ittiham olunan 7 nəfər edam edildi

Misirdə polisin xidməti silahını oğurlayıb, daha sonra onu qətlə yetirməkdə ittiham olunan yeddi kişi edam edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ölümlə nəticələnən insident 2018-ci ildə Misirin İsmailiyyə şəhərində qeydə alınıb.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar edam cəzasına görə mütəmadi olaraq Misir hökumətini tənqid edən bəyanatlarla çıxış edirlər.