TAP qaz kəməri tam birləşdirilib


Digərləri 29 İyl 2020 12:42:00 183 0

TAP qaz kəməri tam birləşdirilib

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb.

Son.az xəbər verir ki, TAP konsorsiumundan APA-ya verilən məlumata görə, kəmərin tikintisi çərçivəsində son borulararası tikişin qaynaq edilməsi tamamlanıb.

"Bu da o deməkdir ki, TANAP ilə İtaliyadakı qəbul terminalı arasında olan 878 kilometrlik hissə birləşdirilib. Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir", - məlumatda qeyd edilir.

İyun ayının sonuna olan məlumata görə, TAP-ın inşasına başlanılandan bəri işlərin 96,4%-i yekunlaşıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.