Tanınmış bəstəkar vəfat etdi


Dünya 29 İyl 2020 12:37:00 134 0

Tanınmış bəstəkar vəfat etdi

Özbəkistanın əməkdar artisti, bəstəkar Ruslan Şaripov vəfat edib. Bu barədə upl.uz nəşri respublikanın Mədəniyyət Nazirliyinə istinadən xəbər verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, yaxınlarının verdiyi məlumata görə,  53 yaşlı sənətçinin ölümünə insult səbəb olub.

Xatırladaq ki, Şaripov müğənni Nərgizin ilk həyat yoldaşı olub. Ailə xəyanət üstündə dağılıb. Bu evlilikdən cütlüyün Səbinə adlı bir qızı var.

Qeyd edək ki, Ruslan Şaripov 1966-cı il sentyabrın 10-da Səmərqənddə anadan olub.