Dünyanın ən nəhəng hava yolları şirkətindən FÜRSƏT: 150 min avroluq paket


Dünya 29 İyl 2020 07:00:00 155 0

Dünyanın ən nəhəng hava yolları şirkətindən FÜRSƏT: 150 min avroluq paket

Dünyanın ən nüfuzlu aviaşirkətlərindən biri olan "Emirates" hava nəqliyyatı tarixində ilkə imza atıb.

Son.az xəbər verir ki, şirkət sərnişinlərin uçuş əsnasında koronavirusa yoluxmaları təqdirində müalicə, karantin və hətta cənazə xərclərini qarşılayacağını açıqlayıb.

Dünyanın ən böyük uzun məsafəli uçuşlarını həyata keçirən şirkət bu addımı insanları səyahətə təşviq etmək məqsədilə atıb.

"Koronavirusdan sığorta paketi"nə 150 min avroya qədər müalicə xərci və iki həftə boyunca gündə 100 avroluq karantin xərcləri daxildir. Xəstənin dünyasını dəyişməsi təqdirində isə 1500 avroluq cənazə yardımı ediləcək.

Sığorta uçuş sinifindən asılı olmayaraq, bütün sərnişinlərə pulsuz təqdim ediləcək. Hər hansı qeydiyyat və ya müraciət forması tələb olunmayacaq.

Təklif sərnişinlərin ilk uçuşunu gerçəkləşdirdikdən sonra 31 gün ərzində qüvvədə qalacaq. Kampaniya isə oktyabr ayının sonunadək davam edəcək.

Qeyd edək ki, "Emirates" hava yolları şirkəti koronavirus pandemiyası səbəbilə uzun müddət uçuşlarını ləğv etmiş və 9 min əməkdaşını işdən çıxarmışdı. (publika.az)