"Tencent" kapitallaşma həcminə görə "Facebook"u üstələyib


Digərləri 29 İyl 2020 06:31:00 161 0

"Tencent" kapitallaşma həcminə görə "Facebook"u üstələyib

Çinin "Tencent" internet nəhəngi bazar kapitallaşması həcminə görə Amerikanın "Facebook" kompaniyasını qabaqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Asiyanın ən iri kompaniyası olan "Tencent" bu göstəriciyə görə dünyada yeddinci yerə yüksəlib.

İyulun 28-də Honkonq fond birjasında keçirilən hərracın gedişində "Tencent" aksiyası bahalaşaraq 544,50 Honkonq dollarına yüksəlib (4,7 faiz) və kompaniyanın bazar dəyərini 670 milyard dollara çatdırıb. "Facebook" kompaniyasında isə bu göstərici 657,83 milyard dollar təşkil edir.

Qəzetin məlumatına görə, iki həftə bundan öncə "Facebook" kapitallaşma həcminə görə digər Çinin elektron ticarət sahəsinin lideri - 673 milyard dollarlıq kapitallaşma həcminə malik "Alibaba" kompaniyasını geridə qoymuşdu.

Qeyd edək ki, əsası 1998-ci ildə qoyulan "Tencent" kompaniyası oyun əlavələrinin, sosial şəbəkələrin, musiqi və veb portallarının, elektron kommersiya vasitələrinin, bulud məlumat bazalarının və bu kimi bir çox xidmətlərin hazırlanması və satışı ilə məşğul olur.