Pakistanda atışmada 5 polis öldürüldü


Dünya 28 İyl 2020 14:57:00 157 0

Pakistanda atışmada 5 polis öldürüldü

Pakistanın Qilqita əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silah qaçaqmalçıları arasında atışma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Bildirilib ki, atışma nəticəsində ən azı 5 polis əməkdaşı ölüb, 5 polis əməkdaşı isə yaralanıb.

Bundan başqa, 2 mülki vətəndaş xəsarət alıb.

Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar.