Qurbanlıq qoyunların sifarişi neçə aparılacaq? İZAH


Digərləri 28 İyl 2020 14:33:46 199 0

Qurbanlıq qoyunların sifarişi neçə aparılacaq?  İZAH

Hər bir vətəndaş online qaydada maksimum 5 qurbanlıq qoyun ala bilər.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Mais Musayev bildirib.

O, qurbanlıq qoyunun hansı qaydada alına biləcəyi barədə də danışıb:

"Alıcılar satış yarmarkası ilə bağlı istifadəyə verilmiş saytda (http://www.qurbanliq.kendden.az/) "sifariş et" düyməsini klikləyərək, özü haqda və seçdiyi qurbanlıq qoyun haqda məlumatları daxil etməlidir:

vətəndaş şəxsiyyət vəsiqəsində göstərilən məlumatları uyğun xanalara daxil etməlidir;

mütləq şəkildə mobil nömrə yazılmalıdır;

elektron poçt ünvanı yerinə şəxsi mail yazılmalıdır (mütləq deyil)

Qurbanlığı götürmək istədiyi məntəqəni seçməlidir