Koronavirusla mübarizəyə yardım fondundan pul oğurlayıb, özünə "Lamborghini" aldı FOTO


Dünya 28 İyl 2020 14:40:00 153 0

Koronavirusla mübarizəyə yardım fondundan pul oğurlayıb, özünə "Lamborghini" aldı  FOTO

ABŞ-da qəribə olay yaşanıb.

Son.az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan David T. Hines ABŞ hökümətinin koronavirusla mübarizə üçün yaradılan fonddan 4 milyon dollar oğurlayıb. O, oğurladığı pulla özünə Lamborghini avtomobili alıb və qalan pulunu digər brend məhsullara xərcləyib, hoteldə özünə lüks mənzil ayırıb.

Olayın üstü Deyvidin avtomobil qəzası törətməsi nəticəsində açılıb. Belə ki, o, 318 min dollara aldığı "Lamborghini Huracán" ilə piyada vurub, qaçıb.

Ona dələduzluq, saxtakarlıq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.