Ermənistanda koronavirusdan ölənlərin sayı 719a çatıb


Dünya 28 İyl 2020 12:50:00 243 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 719a çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 37 629 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 719 nəfər koronavirusdan ölüb, 9 553 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.