"Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir" Aybəniz Haşımova


Şou-biznes 28 İyl 2020 12:55:00 80 0

"Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir"  Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Haşımova bloqqer qızı Aynişan Quliyevanın erməni musiqiçi Narek Makaryanla yayılan fotolarına münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni həmin paylaşımların ona qarşı təxribat olduğunu bildirib. Haşımova qeyd edib ki, şəkil xaricdə festivallardan birində lentə alınıb və erməni müğənni qəfildən kadra özünü salıb:

"Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə, müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir. Bu 10 ildir davam edir. Lakin XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.

Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır...

Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında olub. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.

Bu, məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək insanlıq deyil".

Ermənistanda koronavirusdan ölənlərin sayı 719a çatıb like
  • 28 İyl 12:50  
Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 719a çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 37 629 nəfərə çatıb.

arrow Ətraflı
Bakıda polis bölmənin qarşısında vətəndaşları döyüb? like
  • 28 İyl 12:48  
Digərləri Bakıda polis bölmənin qarşısında vətəndaşları döyüb?

Xəbər saytlarında "22-ci bölmənin qarşısında polis zorakılığ

arrow Ətraflı
Azərbaycan Türkiyə əsgərlərini belə qarşıladı  VİDEO  FOTO like
  • 28 İyl 12:44  
Siyasət Azərbaycan Türkiyə əsgərlərini belə qarşıladı VİDEO FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkda

arrow Ətraflı
Ədalət Vəliyev partiya sədri Tufan Kərimovla görüşüb like
  • 28 İyl 12:40  
Siyasət Ədalət Vəliyev partiya sədri Tufan Kərimovla görüşüb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar

arrow Ətraflı
Bakıda kirayənişin otaq yoldaşını öldürdü like
  • 28 İyl 12:39  
Digərləri Bakıda kirayənişin otaq yoldaşını öldürdü

İyulun 27-də paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsn

arrow Ətraflı
Qurbanlıq qoyunlar onlayn satılacaq like
  • 28 İyl 12:36  
Digərləri Qurbanlıq qoyunlar onlayn satılacaq

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində

arrow Ətraflı
Türkiyəli həkimlər Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar like
  • 28 İyl 12:34  
Digərləri Türkiyəli həkimlər Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yan

arrow Ətraflı
"Xəyanət başqa necə olur ki?!" like
  • 28 İyl 12:33  
Siyasət "Xəyanət başqa necə olur ki?!"

Xaricdəki anti-milli şəbəkə daim ermənilərlə birgə, sinxron şəkildə

arrow Ətraflı
Kəndlərarası yol yenidən qurulub  FOTO like
  • 28 İyl 12:28  
Digərləri Kəndlərarası yol yenidən qurulub FOTO

Balakən rayonunda uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-

arrow Ətraflı
Futbolçuları ildırım vurdu: like
  • 28 İyl 12:17  
Dünya Futbolçuları ildırım vurdu:

Meksikanın qadın futbol liqasının paytaxt Mexikonun Tauak bələdiyyəsində

arrow Ətraflı
"Artıq vətənpərvər paylaşımları əyləncəli fotolar əvəzləyir" like
  • 28 İyl 12:06  
Şou-biznes "Artıq vətənpərvər paylaşımları əyləncəli fotolar əvəzləyir"

Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər postlarımızı ye

arrow Ətraflı
Karantin rejimi yumşaldılır like
  • 28 İyl 12:00  
Digərləri Karantin rejimi yumşaldılır

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mö

arrow Ətraflı
Azərbaycanın Türkiyədən sement idxalı azalıb like
  • 28 İyl 11:49  
Digərləri Azərbaycanın Türkiyədən sement idxalı azalıb

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı 20

arrow Ətraflı