"Azenko"nun direktoru yol qəzasında öldü VİDEO FOTO


Digərləri 28 İyl 2020 11:12:00 225 0

"Azenko"nun direktoru yol qəzasında öldü  VİDEO  FOTO

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi "NİSSAN" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.