İcra hakimiyyətindən "Yasamal gölü" ilə bağlı


Digərləri 28 İyl 2020 10:55:00 235 0

İcra hakimiyyətindən "Yasamal gölü" ilə bağlı

Bakının ekoloji baxımdan ən görməli yerlərindən biri olan "Yasamal gölü"nün taleyi nəhayət həll olunub.

Son.az xəbər verir ki, sakinlərdən Trend-ə verilən məlumata görə, rayon icra hakimiyyəti onlarla görüş keçirib.

Su hövzəsinin ərazisində yaşayış binasının tikintisinə yenidən başlanılması ilə bağlı söz-söhbətlərə son qoyulub və hətta ərazidə tikintidən qalan tullantılar oradan çıxarılaraq abadlıq işlərinə başlanılıb. Sakinlərə söz verilib ki, su hövzəsi əvvəlki vəziyyətinə qaytarılacaq.

Məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən faktı təsdiqləyərək bildirdilər ki, "Yasamal gölü" abadlaşdırılaraq sakinlərin xeyrinə işlər görüləcək: