Koronavirusdan sağalan Bəhram Bağırzadə evə buraxıldı FOTO


Digərləri 27 İyl 2020 17:14:00 393 0

Koronavirusdan sağalan Bəhram Bağırzadə evə buraxıldı  FOTO

Koronavirusdan sağalan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əməkdar artist özü bildirib. İyunun 13-dən Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

Bəhram Bağırzadə bildirib: "Baxmayaraq ki, bu gün dünyada 260 mindən çox insan dünyasını dəyişib, mən sağalanlardan oldum, Allahın mənə rəhmi gəldi. Buna görə, Mərkəzi Gömrük Hospitalının Diaqnostika Mərkəzinin bütün heyətinə öz minnətdarlığımı bildirirəm. Azərbaycan həkimləri bu günümüzün qəhrəmanlarıdırlar və yüksək ada laiqdirlər".

B. Bağırzadə əlavə edib ki, onun sağalmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da rolu olub:

"Mehriban xanımın nəzarəti, diqqəti və köməyi olmasa idi, mən bu gün sizinlə təmasda olamayacaqdım. Ona görə, Birinci vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm".