Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başa çatıb


Dünya 27 İyl 2020 16:56:00 153 0

Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başa çatıb

Qara dənizdə "Sea Breeze-2020" genişmiqyaslı hərbi təlimləri başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iyulun 20-də başlamış təlimlərdə Ukrayna, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, ABŞ, Norveç və İspaniya hərbçiləri iştirak ediblər.

Təlimlərə ümumilikdə 2 mindən çox hərbçi, 20-dən çox gəmi, eləcə də aviasiya vasitələri qatılıb.

Bu təlimləri, eyni zamanda Ukraynanın Odessa və İspaniyanın Rota şəhərlərindəki qərargahlardan idarə olunub.