Vyetnamda koronavirusun daha təhlükəli tipi aşkar edilib


Dünya 27 İyl 2020 16:27:00 158 0

Vyetnamda koronavirusun daha təhlükəli tipi aşkar edilib

https://az.trend.az/other/world/3275784.html

Vyetnamın Dananq şəhərində və ətraf bölgələrdə koronavirusun daha təhlükəli tipinə yoluxma faktları aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mütəxəssislər virusun bu tipini əvvəlkilərə nisbətən daha aqqresiv və təhlükəli hesab edir.

Hazırda xəstəxanalarda 4 bu cür xəstə müalicə olunur. Onlardan iki nəfəri süni nəfəs aparatına qoşulub.

Virusun daha sürətlə artdığı deyilir. Ekspertlər bu tip koronavirusun yaranmasının iki mümkün səbəbini müəyyən edib.

Onların fikrincə, bu virus qeyri-leqal miqrantların ölkəyə daxil olması ilə yayılıb, yaxud da Danaq şəhərində xəstəxana şəraitində mutasiyaya uğrayıb.