Karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edildi


Digərləri 27 İyl 2020 14:56:00 157 0

Karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edildi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən "Qrand" kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi - R. Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər 4 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.