Bəhram Bağırzadə sağalandan sonra ilk dəfə


Şou-biznes 27 İyl 2020 14:37:44 173 0

Bəhram Bağırzadə sağalandan sonra ilk dəfə

Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxduqdan təxminən 2 aylıq fasilədən sonra şəkil paylaşıb.

Son.az xəbər verir ki, Əməkdar artist xəstəxana divarları arasında tibbi personal ilə birgə ayaqüstə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

Bəhram Bağırzadə onun yenidən sağalıb, ayaq üstə qalxmasında yardımçı olan həkimlərə təşəkkür edib.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.

Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.

Bu da Bəhram Bağırzadənin xəstəlikdən sonra ilk görüntüləri:

Məhəmməd Vaqif Son.az