Səhv göndərilən cavablar yoluxma sayına necə təsir edib?


Digərləri 27 İyl 2020 11:20:16 182 0

Səhv göndərilən cavablar yoluxma sayına necə təsir edib?

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta baş verdiyini açıqlayıb. Qeyd olunub ki, yanlış göndərilmiş test nəticələri ilə bağlı SMS-lər bu gündən başlayaraq yeniləri ilə əvəzlənəcək. 

Bu zaman vətəndaşlarda sözügedən tarixlərdə açıqlanmış virusa yoluxanlarla bağlı statistikasının yanlış olması ilə bağlı fikir formalaşıb. 

Son.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, bu xəta günlük statistikaya təsir etməyib: "Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya e-TƏBİB sisteminə heç bir aidiyyatı yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub". 

Qurum rəsmisi onu da qeyd edib ki, günlük statistikanı Operativ Qəraragaha TƏBİB yox, Tibbi Qərargah göndərir: