Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb


Dünya 27 İyl 2020 11:22:00 156 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb. 

Son.az Trend-ə istinadən bildirir ki, verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə 6 439 nəfər karantində saxlanılır, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 922 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.