Qobustanda yük maşını banındakı 3 ton ot bağlaması ilə birlikdə yandı


Digərləri 25 İyl 2020 17:22:00 144 0

Qobustanda yük maşını banındakı 3 ton ot bağlaması ilə birlikdə yandı

Qobustan rayonunun Qurbançı kəndində "QAZ" markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan 3 ton ot bağlamasının 1,6 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mili.Az-a məlumat verilib.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.