Gəncədə evdən 2 min manatlıq oğurluq edilib


Kriminal 25 İyl 2020 17:13:00 161 0

Gəncədə evdən 2 min manatlıq oğurluq edilib

Gəncə şəhərində evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 000 manat pul və 1 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M. Namazov saxlanılıb.