Malqara oğruları saxlanıldılar


Digərləri 25 İyl 2020 13:02:00 162 0

Malqara oğruları saxlanıldılar

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri 4 min manatdan yuxarı olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb.

Oğurlanmış heyvanlar isə F.Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb. F.Səmədov və S.Pirməmmədov həmin heyvanları sataraq, pul əldə etmək məqsədində olduqlarını bildiriblər.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.