Rusiyada COVID19 xəstələrinin sayı 806 720 nəfərə çatıb


Dünya 25 İyl 2020 13:09:00 164 0

Rusiyada COVID19 xəstələrinin sayı 806 720 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5 871 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 806 720 nəfərə çatıb.

Son sutka ərzində 146 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə isə, koronavirusdan ölənlərin sayı 13 192 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 597 140 nəfər təşkil edib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.