"Evlilik təklifi fərqli olacaq"


Digərləri 25 İyl 2020 12:10:00 195 0

"Evlilik təklifi fərqli olacaq"

Müğənni Sinan Akçılın keçən il sentyabrda boşandığı Burcu Kıratlıya yenidən evlilik təklifi etdiyi iddia olunub.

Son.az axşam.az-a istinadən bildirir ki, Burcunun ad günündə ona təkdaş üzük hədiyyə edən sənətçinin yenidən nikah masasına oturmaq istədiyi bildirilib.

Sinan isə sevgilisinə evlilik təklifi etmədiyini açıqlayıb. O bildirib ki, üzüyü Burcu bəyəndiyi üçün alıb. İfaçı onu da qeyd edib ki, evlilik təklifi daha dəbdəbəli olacaq.