Qayınata gəlinini tülkü sanıb güllələdi


Dünya 25 İyl 2020 11:51:00 153 0

Qayınata gəlinini tülkü sanıb güllələdi

Türkiyənin Bartın vilayətində qayınata gəlinini tülkü sanaraq öldürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 67 yaşlı Mustafa Gökçe bostandan lobya yığan 31 yaşlı gəlini Könül Gökçeni güllə ilə vurub.

Belə ki, ailəyə məxsus həyətdə tülkü üç toyuğu tələf edib. Axşam həyətdən gələn səsə çıxan M.Gökçe evinin eyvanından iki dəfə atəş açıb. Güllə iki uşaq anası K.Gökçenin boyun nahiyəsinə dəyib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törədən şəxs saxlanılıb. Polis araşdırmalara başlayıb.