"Hətta Mark Entoni ilə evli olduğumuz zaman o ..."


Digərləri 25 İyl 2020 11:44:00 185 0

"Hətta Mark Entoni ilə evli olduğumuz zaman o ..."

Məşhur müğənni Cenifer Lopez maraqlı etiraf edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, qaranlıqdan çox qorxduğunu deyib. JLO hətta qaranlıqda yuxuya gedə bilmədiyini də açıqlayıb.

"Mən yuxuya getməmiş, otağın işığı yanıq qalmalıdır. Hətta Mark Entoni ilə evli olduğumuz zaman, o, mənim yuxuya getməyimi gözləyirdi. Ondan sonra o, otağın işığını söndürüb yatırdı", - o bildirib.

Qeyd edək ki, Cenifer 2004-2011 ci illərdə məşhur müğənni Mark Entoni ilə evli olub. Cütlüyün əkiz övladları var.