“Hələ ki, Azərbaycanla sərhədlər bağlı qalmalıdır”


Dünya 25 İyl 2020 10:20:00 141 0

“Hələ ki, Azərbaycanla sərhədlər bağlı qalmalıdır”

Gürcüstanla qonşu olan bütün dörd ölkədə yoluxma səviyyəsi yüksəkdir, buna görə də hələlik onlarla quru sərhədlərin açılması tövsiyə edilmir.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri və baş epidemioloqu Amiran Qamkrelidze "TV Pirveli"nin efirində deyib.

"Hələ ki, birbaşa qonşularımızla - Azərbaycanla, Türkiyə ilə, Rusiya ilə, Ermənistanla sərhədlər bağlı qalmalıdır. Yalnız müəyyən gediş şərtləri var, sərhəddən keçidin həyata keçirilməsi ilə bağlı protokol tərtib edilib", - Qamkrelidze deyib.

Onun sözlərinə görə, tibbdə yüz faizlik (100 %) zəmanət yoxdur, lakin karantin zonaları bu altı ay ərzində virusa qarşı ən effektiv mübarizə vasitəsi olub.

"Pandemiya zamanı biz yoluxmuşların 25%-ni karantində müəyyən etdik. Bu effektivdir - biz yoluxmuşlara infeksiyanı yaymağa imkan vermədik", - karantin zonalarından 45 min nəfərin keçdiyini qeyd edən Qamkrelidze bildirib.