Mel Gibson koronavirusa yoluxduğunu gizlədib


Digərləri 25 İyl 2020 09:47:00 167 0

Mel Gibson koronavirusa yoluxduğunu gizlədib

Dünya şöhrətli aktyor-rejissor Mel Gibsonun koronavirusa yoluxduğu məlum olub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə 64 yaşlı aktyorun nümayəndəsi məlumat verib.

Apreldə COVİD-19 testindən keçən Gibsonun analiz cavabları müsbət çıxıb. Koronavirusa yolxuması ilə bağlı məlumatı gizli saxlanılan aktyor 1 həftə Los-Ancelesdəki xəstəxanada qalıb.

Artıq bir neçə aydır koronavirusdan müalicə alan Mel Gibsonun ebola xəstəliyi zamanı istifadə olunan dərman preparatlarından qəbul etdiyi bildirilib.