Azərbaycanlı aktrisa əməliyyatdan sonra insult keçirib


Şou-biznes 24 İyl 2020 19:23:00 359 0

Azərbaycanlı aktrisa əməliyyatdan sonra insult keçirib

Aktrisa Samirə Cavanşir bir neçə gün əvvəl əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin əməliyyat zamanı halı pisləşib. Vəziyyəti ağırlaşan Samirə Cavanşir başqa bir xəstəxanaya yerləşdirilib.

Onun insult keçirdiyi bildirilib. Hazırda müalicəsi davam edən aktrisa danışa və yeriyə bilmir.

Qeyd edək ki, S.Cavanşir Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıb, bir çox yerli serialda rol alıb.