"WhatsApp"da çoxdan gözlənilən funksiya hazırlanır


Digərləri 24 İyl 2020 19:01:00 129 0

"WhatsApp"da çoxdan gözlənilən funksiya hazırlanır

"WhatsApp" mesenceri öz istifadəçilərinə bir akkauntu, eyni zamanda, dörd qurğu ilə istifadə etmək imkanı yaradacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu funksiya hələlik hazırlıq mərhələsindədir. Funksiya istifadəyə verildikdən sonra mesencerdə "Linked Devices" (bir-biri ilə bağlı qurğular) adlı xüsusi bölmə açılacaq. İstifadəçi bu bölmədə yeni qurğular əlavə edə biləcək.

Yeniliyin nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Qeyd edək ki, bir qədər əvvəl mütəxəssislər "WhatsApp" mesencerində mesajları tarixinə görə sürətlə axtarmağa imkan verəcək funksiyanı testdən keçirməyə başlayıb. Hazırda funksiyanın alfa-test mərhələsində olduğu bildirilir.